Son xəbər

loading...

ÖLKƏ

Bərdədə kuryoz olay: rayonun bəlası Zaur Bəylərov elçi daşı üstündə bələdiyyə sədrini necə tələyə saldı?



Bərdədə kuryoz hadisə baş verib


 Azərbaycan müasir dövründə indiyə qədər yaşanmayan analoqsuz bir olayın gerçək təfərrüatı üzə çıxıb

Politika.Az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon İcra Hakimiyyətində (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov adını tarixin yaddaşına yazdırıb.

Dərsliklərə tarixi nümunə

Dekabrın 30-da icra nümayəndələri və bələdiyyə sədrləri qarşısında 4 hinduşka, 10 toyuq, 5 kilo pendir, 5 kilo mal əti öhdəliyi qoymaqla gündəmə gəlmiş şöbə müdiri bu dəfə daha ağılasığmaz əmələ imza atıb. 

Qədim tarixi olan Bərdənin gələcək nəsillər üçün dərsliyə salınacaq kuryoz hadisəsi həqiqətən də heyrətamizdir. Film kimi bir hadisə nə məmur kabinetində, nə də rəsmi tədbirdə, elçilik məclisində baş verib. 

Məlumata görə, Z.Bəylərovun Bərdə rayonunda Mənzil İstismar Sahəsinin (MİS) rəis müavini işləyən qohumu İldırım Quliyev əmisi nəvəsi üçün elçi gedənlərdən biri olub. İ.Quliyev elçi daşının üstündə oturarkən qohumu Z.Bəylərova 500 manat qazandıra bilib. 

Hətta bunu dünyanın ən parlaq sehirbazları və fırıldaqçıları belə ağlına gətirməzdi. Belə ki, elçi məclisində söhbət əsnasında MİS rəisinin müavininin gözü qız evi tərəfdən iştirak edən qalstuklu bir adama sataşır. 

Elçi daşı üstdə 500 manat 

Politika.Az-ın əldə etdiyi məlumata görə, İ.Quliyev ondan kimliyini soruşanda kəndlərdən birinin bələdiyyə sədri - Əlizamin Almuradov olduğunu söyləyir. Rəis müavini dərhal ondan Zauru tanıyıb-tanımadığını soruşur. 

Elçi məclisi olduğu üçün Ə.Almuradov həmin an tam müəyyən edə bilmir deyə “hansı Zauru deyirsiniz” suala sualla cavab verir. 

Bu fürsətdən sui-istifadə edən İ.Quliyev ona irad tutur ki, birbaşa tabe olduğu şöbənin müdiri Zaur Bəylərovu tanımamaq qəbahətdir. 

Xeyir iş olan bir məclisdə bu iradı dilə gətirən İldırım Quliyev məsələni belə qoymur və daha da mürəkkəbləşdirir. O, çox keçmir ki Zaur Bəylərova zəng edir və bələdiyyə sədrinin onu tanımadığını bir panika, böyük cinayət hadisəsi kimi təqdim etməyə başlayır. 

Təbii ki, qız evinin adamı olan bələdiyyə sədri çaşqın vəziyyətə düşür və məclisdə bu hadisənin ciddiləşəcəyini gözləmir. Demə, bu tələni qurmaqda məqsəd bələdiyyə sədrindən pul qoparmaq olub. 

Onsuz da “həftə səkkiz mən doqquz” icra nümayəndələri və bələdiyyə sədrləri qarşısında “haqq” qoyan Z.Bəylərov üçün pul qazanmağın məkanı fərq etmirdi. 

Odur ki, elçi məclisində də qız evindən qənimət qazanıblar. İddialara görə, Z.Bəylərovu tanımadığı üçün təzyiqlə üzləşən Ə.Almuradov məclisdən sonra İ.Quliyevə 500 manat verməli olub. 

Bərdənin bəlası: Quliyevlər şəbəkəsi

Politika.Az-ın xəbərinə görə, İ.Quliyev Bərdədə o adamdır ki binalarda yaşayanların gününü qara edib. 

Qohumu Z.Bəylərovdan geri qalmayan və bərdəlilərin bəlası adlanan MİS rəisinin müavini gah toyuq hinlərini sökdürür, gah balkonlardan zivələri yığışdırır, sakinləri cərimələməklə onlardan 10-15 manat aldırır. 

Bunu elə təqdim edir ki, guya Bərdənin ümumi görünüşünə xələl gətirir. Nə toyuq hini, nə də paltar asmaq üçün olan zivələr şəhərin mənzərəsini pozur. Bu, respublikanın bütün regionlarında var. Sadəcə, İ.Quliyev bərdəlilərin həyatını zindan edib.

Onun bacısı Adilə Quliyeva da qardaşından geri qalmır. RİH-də şöbə müdiri olan Zaur Bəylərovun bu qohumları rayoni talan edir və ona güvənirlər. 

A.Quliyeva rayonun Piyadalar kəndində körpələr evinin direktorudur. Amma uşaq bağçasının qapıları qıfıllanıb, körpələrin təlim-tərbiyəsi üçün heç bir şərait yoxdur. 

Bu azmış kimi, işçilərin maaş kartı onun öz əlindədir və büdcədən ayrılan qidalar, pullar talan edilir. Quliyevlər şəbəkəsinin lideri isə Z.Bəylərovdur. 
Onun bağçanın pullarının silinməsində rolunun olduğu bildirilir. Beləcə bağça yoxdur, amma pulu mənimsənilir, toyuq hinləri və zivələr isə ayrıca gəlir gətirir. 
Bəylərovun çetesində kimlər var?

Politika.Az yazır ki, nəhayət, yuxarıda qeyd olunan faktların baş “qəhrəmanı” Z.Bəylərova gəlincə, onun adı rayonda arzuolunmaz şəxslər siyahısına salınıb. 

Bir zamanlar Tərtəri viran qoymuş, əhalini və yerli məmurları boğaza yığmış Bəylərov o dövrdə başçı köməkçisi çalışıb. Onun gedişi Tərtərdə toy-bayram idi. 

Çox çəkmir ki, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunmaqla bərdəlilər matəm günü elan edir. 

Amma indinin özündə də Tərtərdəki evinə gedib-gələn Bəylərov bu bölgə ilə əlaqəsini kəsməyib. Onun Bərdəyə gəlişi isə bir çetenin yaranması ilə müşayiət olundu. 

Onlardan biri yuxarıda bəhs etdiyimiz Quliyevlər idisə, digər qruplaşma icra başçısının aşpazı olan qaynanası, təsərrüfat işləri üzrə müdir qoydurduğu qayınatasıdır. Z.Bəylərov sonuncu dəfə tarixə dekabrın 30-da məmurlardan bayram sovqatı almaqla düşmüşdüsə, bu dəfə elçi məclisi ilə ad çıxarıb. Onn qardaşı Vidadi Bəylərov Tərtərdə başçı müavini işləyib. 

Onun oğlu avtoxuliqanlıqla gündəmə gəlmişdi. Sonra işdən qovulub. Lakin sehirli əllər onu Tərtərin Telefon Rabitə Qovşağına rəis təyin edilməsinə nail oldu.

Bərdə sakinləri xahiş edirlər ki, prezident İlham Əliyev, baş prokuror Zakir Qaralov, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev tezliklə Zaur Bəylərovla bağlı araşdırmalar barədə müvafiq tapşırıq versinlər. 

Bərdəlilər ölkə rəhbərliyindən və hüquq-mühafizə orqanlarının rəhbərlərindən rica edirlər ki, şöbə müdirinin xidməti otaq telefonuna və şəxsi (050 252 70 59) nömrəsinə gələn-gedən zənglər yoxlanılsın. 

Onun icra nümayəndələri və bələdiyyə sədrləri ilə telefon danışıqlarının stenoqramı çıxarılsın. Təkcə bayram sovqatından 40-50 min manatı necə qazanması üzə çıxacaq. 

MİS rəisinin müavini nələri etiraf, nələri təkzib etdi?

Bütün bu ittiham və iddialarla bağlı yazı Politika.Az-ın yayımına hazırlanarkən yuxarıdakı kuryoz olayda adı keçən İ.Quliyevlə bağlı MİS rəisi Rauf müəllimlə əlaqə saxlayıb mövqeyini öyrəndik. 

Rauf müəllim bu hadisələrdən bixəbər olduğunu qeyd etdi və İldırım Quliyevlə bağlı araşdırma aparacağını söylədi. 

Az sonra İ.Quliyev zəng edərək təhdid və təhqir üslubunda danışmağa başladı. Qəzəbi soyuyandan sonra əsəblərinin yerində olmadığını, xəstə olduğunu bildirdi. 

O, etiraf etdi ki, Zaur Bəylərov və qohumlarına heç salam vermir. Həmin elçi məclisinə də məcburi şəkildə gedib ki, narazılıq yaranmasın. 

İ.Quliyev məclisdə bələdiyyə sədri ilə belə bir söhbət etməsini təkzib etsə də, qohumlardan kimlərinsə bunu dediyini təsdiqləyib. 

Bina sakinlərinin zivələrin yığışdırılması və hinlərin sökülməsinə gəlincə, rəis müavini bəzi sakinlərin ondan narazı qala biləcəyini istisna etmədi. 

O, bununla belə kimlərdənsə pul istəməsi ittihamını da rədd etdi. İ.Quliyev açıqlamasında onu da dedi ki, Z.Bəylərova nə hörməti var, nə əlaqəsi, həmin bələdiyyə sədrinin də 500 manat verərkən ağlı olmayıb. 

Yazıda adı keçən tərəflərin mövqeyini dinləyib ətraflı dərc etməyə hazırıq. 

AzMedia.info


Xəbərin oxunma sayi : 169


loading...




     

Ən çox 10 son oxunan

Ağdamda təhsil rəzaləti: Təhsil Nazirliyinin əməkdaşına bahalı avtomobil verilib
Hakim komandada maliyyə xəyanəti: Samir Şərifovun hiyləgər gedişləri
Aİ-dən Dağlıq Qarabağda planlaşdırılan “referendum“la bağlı mühüm açıqlama
Azərbaycanlı biznesmenlər Moskvada bazar alıb
İran: “Yaxın Şərqin bəlası xarici ölkələrdir”
Azərbaycanda 241 korrupsiya cinayəti qeydə alınıb
Rusiya təyyarələri İŞİD-in “paytaxt”ını bombaladılar
WADA Azərbaycana qarşı sanksiyaları ləğv etdi
Qarın Bakıdakı fəsadları: 7 qəza
ABŞ səfiri Qarabağ qaçqını ilə görüşdü -Fotolar
 




Arxiv