Son xəbər

loading...

SOSIAL

Deputatların maaşı artırıldı


Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır


Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.

Bildirilib ki, 2018-ci ildə Milli Məclisin saxlanılma xərcləri 25 milyon 432 min manat təşkil edir.

Ayrılan vəsaitin 68.8 faizini əmək haqqı xərcləri təşkil edəcək. Həmçinin, xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün də əlavə vəsait ayrılacaq.

“2018-ci ilin dövlət büdcəsi haqqında” Qanunun tətbiq edilməsi barədə fərmana əsasən, bu ildən hər bir deputatın aylıq əmək haqqına 800 manat əlavə olunacaq.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini – 85 faizini alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı hazırda 1575 manat təşkil edir. Artımdan sonra bu rəqəm 2375 manat olacaq…


Xəbərin oxunma sayi : 1077


loading...




     

Ən çox 10 son oxunan

Müstəqim Məmmədov Elmar Vəliyevin göstərişlərinə arxa çevirir?
Beyləqanın mədəniyyət işçiləri Əbülfəz Qarayevdən kömək istəyirlər - 20 manata görə
Eldar Namazovdan Rusiyadakı mart seçkisi ilə bağlı ilginc açıqlamalar
“Məni Heydər Əliyevlə görüşə aparmadılar“ - Brilliantdan qalmaqallı açıqlama
Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında
Saleh Məmmədovun Çöl ərəb korrupsiyasından I vits-prezidentə şok məktub – Şok təfərrüat
Moody’s-dan “Beynəlxalq Bank” açıqlaması
Əbülfəz Məlikov - Sadə broker yoxsa "milli Rza Zərrab"?
Kommunal xidmətlərdə qiymət artımı - Siyahı
Türkiyədə hərbi təyyarə qəzaya uğradı
 




Arxiv